笨鸟先飞
我们一直在努力
2025-01-09 00:36 | 星期四

Güzgüd Bir Ks (Acoustic)歌词-ahin lizad&BadClause

Güzgüd Bir Ks (Acoustic)歌词由ahin lizad&BadClause演唱,出自专辑《Güzgüd Bir Ks (Acoustic)》,下面是《Güzgüd Bir Ks (Acoustic)》完整版歌词!

Güzgüd Bir Ks (Acoustic)歌词

Güzgüd Bir Ks (Acoustic)歌词完整版

Yenə də eyni cümlələr, yenə də eyni cürünə mən

Yazıb doldururam özümçün sonluğu düşünmədən

Ciyərlərim tüstü dolub, yenə tütün bütün bədən

Gərək ki, çökməsin dizim qocalıb bel bükülmədən

Mən yarı dostlarımla birgə, yarı kimsəsiz

Sadəcə danışmaq istəyirəm bir az, hamı dinləsin

Məni hər bir şeydən soyutdu intizarı bir kəsin

Artıq heç bir şey ifadə eləmir o alqışın səsi

Gərəksiz böyük səhnələr, bu qədər mahnı

Gərəksizdir xoşbəxtlik, hansı ki, dərmanı dərd yazmaqdır

Bəlkə yaxşı olaram, amma əvvəlkitək gülmərəm əsla

Ya mən yanlış tablodayam, ya içkilidir rəssam

Nədən yazım, nəyi izah etməyə çalışım?

İtirdim hər şeyimi, itirdim içi sən qarışıq

Sətirlərimin hər qarışı bezib artıq mürəkkəbimdən

Təbiət küsüb səndən, ətrini daha külək gətirməz

Hər dəfə deyirsən, gələcəm

Köhnə günlərin xatirinə

Gəl ən azından son dəfə

Əllərim toxunsun əlinə

Bağışla, hər dəfə yazıram

Qovuşmaq asandır, unutmaq çətin

Əgər ki qayıtsan bir gecə

Yağışı götür, Günəşi gətir

Ruhlar bir bədəndə, ayrı evdə eyni otaqda

Keçən günlərimiz keçmiş indi, bu günsə tənha

Bircə sual var ki, sevgi, yoxsa qəlbimi saxta?

Ölsə də qəlbdə sevgi, ümidvaram, şərəfini satmaz

İçimdən bir səs gəldi ki, çox səhv etmisən, axmaq

Hər şey maraqlı ikən arzum idi yetmişə çatmaq

İndi kədərliyik, danışıb ancaq keçmiş həyatdan

Güzgüdə bir kəs var, məndən öncə bezmiş həyatdan

Son dəfə nə vaxt ürəkdən güldüyüm belə yadıma gəlmir heç

O qədər uzağam yəni xoşbəxtlik anlayışından

Həm də səndən uzaq, nə isə, məni boş ver, amma

Tapdığın hər şamı əritmə, gün gələr ki, yanmaz işıqlar

İçində qərq olarsan həmin zülmətin

Dönüşüm mümkün olsa, məhv edərəm qəmli günləri

Təki bircə dəfə istə, öldürərəm sənçün məni

Nə olsun ki, həyat nöqtələrə çeviribdir vergülləri?

Hər dəfə deyirsən, gələcəm

Köhnə günlərin xatirinə

Gəl ən azından son dəfə

Əllərim toxunsun əlinə

Bağışla, hər dəfə yazıram

Qovuşmaq asandır, unutmaq çətin

Əgər ki qayıtsan bir gecə

Yağışı götür, Günəşi gətir

未经允许不得转载 » 本文链接:http://www.benxiaoben.com/ef000VVA9BQBWWgsM.html

相关推荐