Balamadan Yarm Qald歌词由Elkhan演唱,出自专辑《Balamadan Yarm Qald》,下面是《Balamadan Yarm Qald》完整版歌词!
Balamadan Yarm Qald歌词完整版
Deyə bilmirəm qəlbimdəki sözləri
İfadə etmək olmur bəzi hisləri
Silmək hər şeyi asan bəzən hirslənib
Ruhumu qəfəsdə qoyan əllər isə bunu istəmir
Sətirlərim yaşadır səni hər saniyə
Danışdıqca doyunca orda zaman bitməyən
Bəlkə yerlərimizi başqaları əvəzləyər
Mən uzaqlarda olacam həmişə səni səsləyən
Hələ bir-birimizi tanımadan biz ayrıldıq
Bu şəhər tənhalığı məni ovcuna alıb
Düşünülməmiş arzularımız yarım qaldı
Bəlkə paralel dünyada sevgimiz alınıb
Hələ bir-birimizi tanımadan biz ayrıldıq
Bu şəhər tənhalığı məni ovcuna alıb
Düşünülməmiş arzularımız yarım qaldı
Bəlkə paralel dünyada sevgimiz alınıb
Danış mənə, puç sevgimizin göz yaşlarını
Danış mənə, içində çəkdiyin acıları
Danış mənə, nədir məni sənə xatırladır?
Danış mənə, danış mənə
Bu həyatın ən xoş anlarını səninlə istədim
Amma taleh kobud, səni uzaqlarda gizlədib
Həyat yükü çiyinlərimdə dirənib
Yorulub, taqəti yoxdu dizlərin
Hələ bir-birimizi tanımadan biz ayrıldıq
Bu şəhər tənhalığı məni ovcuna alıb
Düşünülməmiş arzularımız yarım qaldı
Bəlkə paralel dünyada sevgimiz alınıb
Hələ bir-birimizi tanımadan biz ayrıldıq
Bu şəhər tənhalığı məni ovcuna alıb
Düşünülməmiş arzularımız yarım qaldı
Bəlkə paralel dünyada sevgimiz alınıb