ldüm ldüm Dirildim歌词由Bageer演唱,出自专辑《ldüm ldüm Dirildim》,下面是《ldüm ldüm Dirildim》完整版歌词!
ldüm ldüm Dirildim歌词完整版
Yorulsam
Özümə yaslanaram
Durmadan anladaram
Qocaman bir dünya
Yorulsam
Özümə yaslanaram
Durmadan anladaram
Qocaman bir dünya
Şeytanın qıçını qırdım, gəldim ünvana
Şeytanım səslər məni yanına
Qaralar yığışırdı yanıma
Qara xəyallarla əlbəyaxa
Hər dəqiqə yaxın, qurtar yaxa
Tutsalar, buraxmaz səndə yaxa
Düşmək lazım deyil cərəyana
Oyanıram yuxularımdan tərs
Güzgülərdə nədən olunmur əks?
İçimdə rəqs edən var bir riqqət
Camalı Günəş, zülfü dilkeş
Qəbul edə bilmərəm daha səhv
Vəfasız davranan hər kəsə rədd
Çəkdim uşaq ikən nə qədər rənc
Çəkdim çox gənc ikən nə qədər qəm
Bəla gələn zaman bəladan bəla ol
Səy göstər lazım qədər dərdə dəva
Yarış güc ilə ülgüc, gəlmə cəfa
Depressiya kimi bir lüksüm yox
Dayanacaq qədər bir gücüm yox
Onlara deyiləcək sözüm çoxdur
Onlara deyiləsi söz yox
20 ildə aldım neçə dərs
20 ildə verdim neçə dərs
20 ildə gözüm nələr gördü
20 yaşım 30 başa bəs
Öldüm, öldüm, dirildim neçə dəfə
Öldüm, öldüm, dirildim neçə dəfə
Saydım, öldüm, dirildi neçə nəfər
Saydım, öldüm, dinmədi neçə nəfər
Yorulsam
Özümə yaslanaram
Durmadan anladaram
Qocaman bir dünya
Yorulsam
Özümə yaslanaram
Durmadan anladaram
Qocaman bir dünya
Anlatmaq çətin gəlir bəzi hissləri
O gecə çəhrayı gördüm rəngimi
Apardı özü ilə qara gecəni
Qışqırıq səsləri qulağımda
İnanmıram, keçə iniltisi
Sirena səsləri qulağımda
İnanmıram, keçə cingiltisi
İstədim, döyəcləyim baraban
Ol əllərim al-əlvan sərasər
Ola bilmərsən tayım, bərabərim
Yazmışam mövzuları müxtəsər
Gözünə soxaram o xarici
Göndərərəm səni o xaricə
Dağınıq kağızlar kimi pərakəndə
Cəhalətdə birisən
Yalançı çıxdı o sıldırım qayalar
Güvəndiyiniz o dağlara qar yağar
Dünyanı başına yıxan o xar olar
Evin yanar, sənə inanan az olar
İpinlə quyuya düşən o mal olar
Dost dosta pis gündə gərək, o tən olan
Qardaşların sənə bir gündə gen olar
20 ildə aldım neçə dərs
20 ildə verdim neçə dərs
20 ildə gözüm nələr gördü
20 yaşım 30 başa bəs
Öldüm, öldüm, dirildim neçə dəfə
Öldüm, öldüm, dirildim neçə dəfə
Saydım, öldüm, dirildi neçə nəfər
Saydım, öldüm, dinmədi neçə nəfər