Hmin Adamam歌词由lkin Abbasov&Mahsun Mustafazad演唱,出自专辑《Hmin Adamam》,下面是《Hmin Adamam》完整版歌词!
Hmin Adamam歌词完整版
Məni yıxıb günlərcə sənsiz hallarım
Sənin üçün üzümü tutub göylərə Allaha yalvarım
Gözümün içinə baxaraq “məni tək qoyma” dedin
Anladım ki, mələk cildli bir şeytan məni aldadıb
Bəlkə də nələr vermişəm sənin yolunda?
Unut getsin bir-bir hər şeyi, sil, çıxart yadından
Tək qaldığımız o gecə saçlarını oxşamışdım
Pıçıldayıb “səni sevirəm” dedim, qalıbmı yadında?
Elə olub xülyada ancaq səni görmüşəm
Yalnız başıma birini içib sonra birini süzmüşəm
Unudub mən də sənin kimi hər şeyi yox sayardım
Heç bilirsənmi yalnız nələr çəkib nələrə dözmüşəm?
Sən gedəndən həyatım olub bütün xaraba
Oysa ki həmin göz yaşını silən adamam
Amma sən olanları silib atıb kənara
Necə gedirsən?
Necə gedirsən?
Sən gedəndən həyatım olub bütün xaraba
Oysa ki həmin göz yaşını silən adamam
Amma sən olanları silib atıb kənara
Necə gedirsən?
Necə gedirsən?
Fikir vermə, gecə sərsəm halımdır
Uzatmayıb bunu daha dərs aldım
Get-gedə sevgiyə nifrət çoxalır
Yenə çox içmişəm, göz qaralıbdır
Anlamadım səni, niyə belə etdin?
Yerimə mi başqasını əvəz etdin?
Yadımdadır, hələ üzümə gülürdün
Hamı kimi yalnız qoydun, getdin
Kimlər bilər axı yalnız sənə görə
Cənnət bağında güllər əkdiyimi?
Əsəcək külək də, əlbət, bir gün
Amma deməyəcək heç vaxt əsdiyini
Adını siqaretin üstünə yazdım, unutmaq istədim, alınmadı
Hardan biləydim axı gecələr
Dəli kimi səni bu qədər içimə çəkdiyimi?
Ah... Ah.. Ah...
Sən gedəndən həyatım olub bütün xaraba
Oysa ki həmin göz yaşını silən adamam
Amma sən olanları silib atıb kənara
Necə gedirsən?
Necə gedirsən?
Sən gedəndən həyatım olub bütün xaraba
Oysa ki həmin göz yaşını silən adamam
Amma sən olanları silib atıb kənara
Necə gedirsən?
Necə gedirsən?