Hsd歌词由Rein演唱,出自专辑《Hsd》,下面是《Hsd》完整版歌词!
Hsd歌词完整版
Açıram gözlərimi, cismi xəyalın görünür
Mənə səndən gələn o hiss əli yalın görünür
Gəlib ancaq qabağımda dayananda baxışın
Qəlbimə ox dirənir, tez-tez ürəyim döyünür
Yenə mən görmüş idim dün gecə röyadə səni
Salıram hər gecə, hər gün, hər gündüz yada səni
Gəzirəm yerdə, səmada, nəfəsi təng oluram
Deyəsən, göndərib Allah yerə əhyada səni
Tamam, aldın məni məndən, nədir günahım?
Dağları ovub-ovub səhra edər bircə ahım
Sanki rast gəlmiş idim mən sənitək yarə dünən
Nə olardı, açılardı səninlə sabahım
Ən gözəl sözlərimi mən sənə alqışlamışam
Özüm içdə özümü kənar atıb dışlamışam
O qədər vurğun olub mən sənin o bir üzünə
Həm yazı, həm yayı, həm də payızı qışlamışam
Neyləyim ki, səni mən hər görəndə məst oluram
Yüksəlib ərşə tərəf, birdən enib pəst oluram
Məcnuna rişxənd ilə gülüb-gülüb lağ edərdim
İndi daha Məcnuna pərəst oluram