Duyursanm歌词由Saymn&Shamil演唱,出自专辑《Duyursanm》,下面是《Duyursanm》完整版歌词!
Duyursanm歌词完整版
Tökdüm içimi vərəqlərə
Mey süzürəm qədəhlərə
Mən qarışdım kədərlərə
Unut məni
Unut məni
Tökdüm içimi vərəqlərə
Mey süzürəm qədəhlərə
Mən qarışdım kədərlərə
Unut məni
Unut məni
Başqalarına qaçan zaman yarımcanla mən qaldım
Varlığında gülən Gözdə, yoxluğunda nəm qaldı
Sevgi pulla satılırmış mənsə kasıb şair idim
Sevgiyə pul çatmadı mən, ömrə yetər qəm aldım
Sənə görə Məcnun oldum əsla bundan utanmadım
Hər gün daha çox sevdim əsla bundan usanmadım
Sol yanıma gömdüyüm kəs indi məndən uzaqdadır
Səndən sonra yaxınlarda nədənsə bax uzaq qalır
Küçədə bir qız gördüm inan ki gözləri sən
Gəldim evə şeir yazdım inan ki sözləri sən
Soyuq vücudun içində qəlbin həsrətlə yandımı?
Yanmadı bax mənim qədər duymamısan özləmi sən
Qəlbimdə sən yaşadıqca
Hər şeyə mən qatlanardım
Bəxtim təki qarə saçlar səndən sonra bax ağardı
Yuxularım çəkilib ərşə saat altı dan ağardı
Qəlbim fəsillər yaşamır
Orda daim son bahardı
Tökdüm içimi vərəqlərə
Mey süzürəm qədəhlərə
Mən qarışdım kədərlərə
Unut məni
Unut məni
Duyursanmı sözlərimi
Unutmadım gözlərini
Bilməzsən bu özləmimi
Unut məni
Unut məni
Olmurdusa deyərdin də
Olurmuş kimi etdin?
Son görüşdə elə getdin
Ölürmüş kimi getdin
Hər şey axı yaxşı idi
Ümid dolu baxırdın sən
Dönəcəyini demişdin də
Dönürmüş kimi etdin
Bəyənmişdim mən əvvəllər
Nədənsə yarımadanı
Yarımada da buraxarmış
Nədənsə yarım adamı
Səni də mən qınamırdım
Əvvəldən biz yarım adamıq
O sözləri kimsə deməz
Axı bizlər yazar adamıq
Buralar çox ağırdı
Ehtiyacım var tramvaya
Tramvay da olmasa mən
Baş vuraram travmaya
Səhər günəşlə qəm doğur
Pəncərədən kədər əsir
Gülüşləri öldürmüsən
Bağlanmışam dramaya
Hər saçını öpəndə mən:
Güllər belə qoxuya bilməz
Sözlər güldü mahnı çələng
Kimsə bu cür toxuya bilməz
bütün insanlarda
Fərqlidir barmaq izi
Bu da onun isbatıdır kimsə sənə
Mənim kimi toxuna bilməz
Mən çıxardım yollarına
Sən qaçardın qollarıma
Özün yaxınam sonlarıma
Unut məni
Unut məni
Niyə məni düşunmədin
Sol yanımdan düşürmədim
Dərinliyə düşür gəmim
Unut məni
Unut məni