Hec N Dem歌词由Vüqar bdülov演唱,出自专辑《Vüqar bdülov, Vol. 1》,下面是《Hec N Dem》完整版歌词!
Hec N Dem歌词完整版
Nə qədər meylimi saldımsa, gözəl, sən tərəfə
Atdığım məhəbbət oxları dəymədi hədəfə

Bu qədər cəfa ki verdin, məni incitdin əbəs
Yerimə özgəsi olsa çəkə bilməzdi nəfəs

Göz əgər görməsəydi sənin kimi rəna gözəli
Olmazdı bu könüldə sənin eşqin bədəli

Bir dəfə “hə” cavabınla çataram məqsədimə
Yox desən partlayacaqdır ürəyim, heç nə demə

Məni rüsvay elədin sən, həm də gözdən belə düşdüm
Məcnuna tay elədin sən, sonra dildən-dilə düşdüm

Tam əminəm ki, məni məhəbbətimdir yaşadan
Səhv olan duyğularım, sədaqətimdir yaşadan

İstəsən çək sınağa, eşqim üçün can verərəm
Bir şirin kəlmənə min can ola, qurban verərəm

Əllərindən zəhər içsəm belə şərbət bilərəm
Tanrıdan şamü səhər, bircə, vüsalın dilərəm
Mənə bir lütf elə, dilbər, çatım öz məqsədimə
“Yox” desən partlayacaqdır ürəyim, heç nə demə
Mənə bir lütf elə, dilbər, çatım öz məqsədimə
“Yox” desən partlayacaqdır ürəyim, heç nə demə
Məni rüsvay elədin sən, həm də gözdən belə düşdüm
Məcnuna tay elədin sən, sonra dildən-dilə düşdüm
Məni rüsvay elədin sən, həm də gözdən belə düşdüm
Məcnuna tay elədin sən, sonra dildən-dilə düşdüm
Səni gördükdə qəlbimdə olan bu qəm dağılır
Görmədikdə uçulur başıma, aləm dağılır

Söylə, insafdımı qəm-qüssədə, həsrətdə qalım?
Olma razı, gecə-gündüz bu əziyyətdə qalım

Nə qədər mən çağırım? Sən də bir an səslə məni
Mərhəmət eylə, qovuşdur gözəlim, bəslə məni

Lütf eylə, mən də fəqirəm, çatım öz məqsədimə