Qoruya Bilmdim Cavanlm (Remix)歌词由Sekine Bilalova演唱,出自专辑《Qoruya Bilmdim Cavanlm (Remix)》,下面是《Qoruya Bilmdim Cavanlm (Remix)》完整版歌词!
Qoruya Bilmdim Cavanlm (Remix)歌词完整版
Dörd divar içində qocaldı ömrüm.
Pərvazlı bir həyat görə bilmədim.
Bənnalıq etməkdə gəlmir əlimdən,
Xoşbəxtlik divarın hörə bilmədim.
Çəkilib köşəmə yazdım kədərdən.
Kəlmələr sinəmi boğdu qəhərdən.
Hərkəsin keçdiyi o küçələrdən,
boylandım bir səni görə bilmədim.
Nələr doğru oldu nələr bəhanə.
Əzab çəkməy üçün gəldim cəhanə.
Gündüzüm gecə tek qaraldı birdən,
Ömür karvanını sürə bilmədim.
Bu əllər qələmlə yoğrulub dündən.
Yazmadı sevincdən, yazdı zülümdən.
Bir gündə yazacaq əlbət ölümden,
Ömür pillakənın hörə bilmedim.
Göz yaşım bulaq tək qaynadı daşdı.
Qəm qüssə doymadı boyumu aşdı.
Qalmışam illərdi mən gözü yaşdı.
Sevinç baxcasına girə bilmədim.
Qoruya bilmədim cavanlığımı.
Yıxıldım tutmadım tarazlığımı.
Qırıldı yam-yaşıl ömür budağım,
Xoşbəxtlik gülünü dərə bilmədim.
Pərvanə şəminə aşiq olan tək
Aşiqim qəm oldu gecəmdə gərçək.
Qurudu əlimdə dəstə gül çiçək,
Suvardım bir həyat verə bilmədim...