Sni Grdüyüm Gün歌词由Tibu&Dniz演唱,出自专辑《Sni Grdüyüm Gün》,下面是《Sni Grdüyüm Gün》完整版歌词!
Sni Grdüyüm Gün歌词完整版
Səni gördüyüm gün
Mənim içimdə qəmin və kədərin öldüyü gün
Sənin gözlərin parlayır, gözündə görürdüm Gün
Sənsən Allahın nütfəmə gömdüyü gül
Bəyaz eşqi qara saçlarına hördüyüm gün
Mənim içimdə qəmin və kədərin öldüyü gün
Sənin gözlərin parlayır, gözündə görürdüm Gün
Sənsən Allahın nütfəmə gömdüyü gül
Bəyaz eşqi qara saçlarına hördüyüm gün
Mən nə qədər pozdum andı
Ki, bu dəqiqə fərqinə vardım
Bu hissin adı, bilmirəm, nə?
Amma istədim səninlə ardın
Mənim yadımda deyəndə “səni sevdim”
Mən, bəlkə də, dilədim yardım
Mənim yarım, ömrüm
Yaşadıq yarı ömrü
Sən gül və məni güldür
Sən gül, necə xarıbülbül
Mənim yarım, ömrüm
Yaşadıq yarı ömrü
Sən gül və məni güldür
Sən gül, necə xarıbülbül
Mən yenə hirsimi boğub cinayət eyləyirəm
Xanım, xəttatmıyam ki mən
Nə gözəl sən yazıram?
Amma tək səndən yazanda
Aqillərə, ariflərə, alimlərə, dühalara
Nasirlərə, şairlərə tən yazıram
Sevgi məclisində eşq süfrəsində aca eləməz toxu yardım
Səni çox uyardım
Yanımda olsaydın, sənə ‘’Sən gözəlsən, ay gözəllər’’ oxuyardım
Müjganımıza məhəbbət əsərdi, əyninə sevda toxuyardım
Qayalara çırpıb qəzəbimi mən
Xürrəm səmada gəzə bilirəm
Öyünmə ki, şair məndən yazır
Mən axı kağızı əzə bilirəm
Özü də təzə bilirəm
Sahili uçur, dənizi gəzə bilirəm
Gələrəm gözə, bilirəm
Tərgitməliyəm bu zibili mən
Hey
Mənəm Dəniz, mən həm bəndəyəm, mən həm Dəniz
Əllərim qeyri-ixtiyari saxlayır vərəqlərə Dənizdən iz