Axtardm Sni歌词由Jaman&Sárr演唱,出自专辑《Axtardm Sni》,下面是《Axtardm Sni》完整版歌词!
Axtardm Sni歌词完整版
Mən səninlə nəfəs aldım
Bax unut, demə, çox asandır
Gecələri düşdüm küçələrə
Dəli kimi axtardım səni
Məni sevirsən, elə sandım
Səninəm demə, çox amandır
Hər yalanına inandım
Ona görə tək qaldım yəni
Axı nə qədər yalvarım?!
Elə gözlərim axtarır səni
Gedişin mənim bəsim
Qalmışam əsir
Yoxdur bir kəsim
Ay, ay, ay
Ay, ay, ay
Onu-bunu bilmirəm, ən pis günündə yanında olanın tək mən idim
Nə qədər desən də yolun uzaqdır, mənə gəlmə deyirdin, mən gəlirdim
Biz bir idik, axı biz bilirdik ki, səni mənə, məni sənə çox görən var
İndilərdə belə ayrı qalsaq da, qəlb evində səni gözləyən var
Kirlənmiş arzular yudum, hər dəfə sərdim gözündən sənin
O gözlərindən düşən məni kimlər sildi ki, könlündən sənin?
Sən demə, tələsirdin sən də heç sevməmisənmiş kimi
İstədim ki, bir dünyamız olsun, səndə mənlə tək sakini
Mən səninlə nəfəs aldım
Bax unut, demə, çox asandır
Gecələri düşdüm küçələrə
Dəli kimi axtardım səni
Məni sevirsən, elə sandım
Səninəm demə, çox amandır
Hər yalanına inandım
Ona görə tək qaldım yəni
Sən tək sakini ola bilmədin mənim qurduğum bu dünyada
Eşqin közdən ovuca düşsə əgər, mən bilirəm, yenə yanaram
Yardım əlini uzatsan belə, mənə yenə gecələri tək qalaram
Yaradan yaratmışsa bizim ikimizi tək bir arada, ya
Ya-yanmadı bizim üçün o evin işıqları sən gedəni, bil, hər gecə
Öldüm səssiz gecələri, sinəmdə var güllə yarası bir neçə
Əlimdə gül var tək ləçək və mən qapında solduq gizlicə
Sənin isə bundan olmadı xəbərin aldandım axı mən necə
Mən səninlə nəfəs aldım
Bax unut, demə, çox asandır
Gecələri düşdüm küçələrə
Dəli kimi axtardım səni