Milad (Explicit)歌词由Okaber演唱,出自专辑《Milad (Explicit)》,下面是《Milad (Explicit)》完整版歌词!
Milad (Explicit)歌词完整版
Mən pisləri tanımıram
Tanıyıramsa deməli pisləmədiklərimdi
Və istədiyimi alıram
Almıramsa yəqin istəmədiklərimdi
Dəli divanə dahi gələr, miladda mən
Çarmıxa məftun rahibələr
Sarışın sarı gəlin sarı gələr
Yuxudan vahimələr kimi uzanan saniyələr
Sınan nahiyələr xatiratı akrabatın
Bəxti düz gətirməyən kəllədə çakra atır
Kəlləyi balqabağın kəllə qatı
İmza atır vəsvəsəyə şeytanın advokatı
Heyvanıq biz, fil dişindən fil heykəli düzəldən heyvanıq biz
(Evində qırmızı kitaba düşən müqəvvalar)
Heyvanı qorumaqdan danışırdız ey xanım siz
Sizə heyranıq biz
Amma siz aranı qatanlar (həmkarıdı) iblisin həmkarıdı
(Fəhlənin alın tərinə haram qatanlar)
Mən pisləri tanımıram
Tanıyıramsa deməli pisləmədiklərimdi
Və istədiyimi alıram
Almıramsa yəqin istəmədiklərimdi
Gəlməsə SSRİ, gəlsə SS
Sətirlərim seysmik zonadı Tokyo kimi
Old School bərk dözümlü Nokia kimi
(Alo, Okaber de kimdən yazım)
De kimdən yazım, sağ əli qanqrena olan avam xəstənin
Səhvən çaşıb sol ayağını kəsən həkimdən yazım
Ziyan gəlir zaman zaman faydalardan
Zaman zaman olmur aman qaydalardan
Ölür ömür dönür kömürə sönür gömülür
Arzular əriyir falqalarda
Bilmir axmaq adamlar
Böyük poetlər boğulur balaca çayxanalarda
Nəzər salma, nəzəriyyəmə nəzər yetir
Cibində rüşvətdən qutulara nəzir gətirir
Daima əzər yetimi,
Başqası başqalarına başqa cür xətər yetirir
Mən pisləri tanımıram
Tanıyıramsa deməli pisləmədiklərimdi
Və istədiyimi alıram
Almıramsa yəqin istəmədiklərimdi