Ekim歌词由Sahib Abbas演唱,出自专辑《Ekim》,下面是《Ekim》完整版歌词!
Ekim歌词完整版
Qocalıb Duyğularım qocalıb xəyallarım
Və mənim həyatımda həmişə qalıb xəyal yarım,
Toxunur simlərə bərkdən bağırır ürək tarım
Bilmirəm mən nə edim gedimmi yoxsa qalım?
Bu həyat əzab çəkdirir dərmanı əldən alır,
Geri qaytar nə olar axı hərşey səndə qalıb,
Mənim ki kimsəm yox səndən üz çevirib getmə
Məni hərkəs tapdalayıb nə olar səndə etmə
Bir sabah ayılıb istərəm hərkəs geri qayıda,
Evimdə boş deyil artıq otağlar səs küylü,
Sevdiyim dostlarım yanımda olum xoşbəxt qoy,
Ölənlər geri qayıdıb dibçəkdə ki gül böyüyüb
Dağınıq deyil Otağım masamda yoxdu şərab,
Uşağlar ata deyib çağırır yanına qışqıraraq,
Həsrət qalıb saçıma gör neçə ildir bu daraq,
Bəlkə də qismətim budu öləcəm ağlayaraq
Gəl mənim ömrüm günüm nolar geri gəl sən
Getmə xəyallarda qovuşaq səninlə gəl biz yenidən
Səninlə gəzdiyimiz küçələrdən nədənsə mən tək keçirəm
Bil daha olmayacam yanında tərk et məni sən xəyalınla
Düşürəm həyat gözündən ölürəm bir anlığa
Ürəyim sanki məhkum olubdur bu qaranlığa
Əlimdə yalanlarım xoşbəxtliyi təsvir edir,
Ya gəl al canımı ərzail ya özüm təslim edim
Həyatda yoxdu bircə səbəb ümid mən yaşayım,
Bu həyat Soyuğ qar yağır soyuğdu qışım yayım
Mənə bir səbəb göstərinki məndə ağlamayım
Məndə xoşbəxt olum həyata qapımı bağlamayım
Bəlkə də var bir ümid hardasa gözləyir məni,
Bəlkə də yanımdadır bəlkə izləyir məni
Baxır ki bu insanın yoxdu dərdi yoxdu səsi
Amma bilmir ağlamaqdan kəsilibdir nəfəsi
Axı mən hər gecə Allahdan istədim bir ümid,
Yanımda bir kəsim olsun vallah edər bəsim
Qaranlığ otağ şərab və qəflətən qapı döyülür,
TANRI-dan məktub var : ONA DEYİNKİ GÖZLƏMƏSİN!