Bak Balar歌词由Vüqar bdülov演唱,出自专辑《Vüqar bdülov, Vol. 1》,下面是《Bak Balar》完整版歌词!
Bak Balar歌词完整版
Sən o vaxt bu kənddən qatarla getdin
İndi sən yoxsan, qatar da yoxdur
Dalınca bir qatar durnalar uçdu
Sən gedəndən bır durnalar da yoxdur
Dalınca bir qatar durnalar uçdu
Sən gedəndən bır durnalar da yoxdur
Hər yaz gələndə köçərdiz bağa
Çıxardın ağacdan ağ tut yığmağa
Hasardan baxardın hey sola, sağa
İndi o ağac da, hasar da yoxdur
Hasardan baxardın hey sola, sağa
İndi o ağac da, hasar da yoxdur
Nə günlər idi, nə vaxtlar idi
Necə şirin, necə də sevimli çağlar idi
İstilik var idi, doğmalıq var idi
Bir də şahidik sevgimə köhnə bağlar idi
Ay, nə günlər idi, nə vaxtlar idi
Necə şirin, necə də sevimli çağlar idi
İstilik var idi, doğmalıq var idi
Bir də şahidik sevgimə köhnə bağlar idi
Köhnə kənd yerində, şəhər dəbində
Şalvarda gəzərdin, əlin cibində
Çiçəklər əkərdin divar dibində
Söküblər, indi o divar da yoxdur
Nərgizlər əkərdin divar dibində
Söküblər, indi o divar da yoxdur
Uzunsaç kuklana paltar tikərdin
Hər gün sığallayıb, saçın hörərdin
Mismarla çinarda şəkil çəkərdin
Kəsiblər dibindən, çinar da yoxdur
Mismarla çinarda şəkik çəkərdin
Kəsiblər, o yazıq çinar da yoxdur
Nə günlər idi, nə vaxtlar idi
Necə şirin, necə də sevimli çağlar idi
İstilik var idi, doğmalıq var idi
Bir də şahidik sevgimə köhnə bağlar idi
Ay, nə günlər idi, nə vaxtlar idi
Necə şirin, necə də sevimli çağlar idi
İstilik var idi, doğmalıq var idi
Bir də şahidik sevgimə köhnə bağlar idi
Səhərlər təndirə çörək yapardın
Bir gün bizdən də gəlib odun apardın
Axşamlar tavayla tum qovurardın
O tumun dadından heç harda yoxdur
Axşamlar çırtaçırt tum qovurardın
O tumun dadından heç harda yoxdur
Nə o vaxt bu kənddə kənar var idi
Nə bu asfalt, nə “mall”, nə bu bazar var idi
Sanki bir sən, bir də Vüqar var idi
İndi sən də yoxsan, Vüqar da yoxdur
Sanki bir sən, bir də Vüqar var idi
Sən köçəndən Vüqar da yoxdur
Nə günlər idi, nə vaxtlar idi
Necə şirin, necə də sevimli çağlar idi
İstilik var idi, doğmalıq var idi
Bir də şahidik sevgimə köhnə bağlar idi
Ay, nə günlər idi, nə vaxtlar idi
Necə şirin, necə də sevimli çağlar idi
İstilik var idi, doğmalıq var idi
Bir də şahidik sevgimə köhnə bağlar idi
Bir də şahidik sevgimə köhnə bağlar idi
Bir də şahidik sevgimə
Sən o vaxt bu kənddən qatarla getdin