笨鸟先飞
我们一直在努力
2025-01-20 19:15 | 星期一

Qmz歌词-PNG&Mithra

Qmz歌词由PNG&Mithra演唱,出自专辑《Qmz》,下面是《Qmz》完整版歌词!

Qmz歌词

Qmz歌词完整版

Yaraşır nur üzünə qəmzə

Afət, yox sənə bənzər

Gülüşün edirdi sərsəm beynimi

Gəlmədən eşqimiz ərsə

Yenə əliboş mən

Mövcud həyatda xoş nə?

Tək sən deyilsən yanan

Sevdiyin olmadı xoşbəxt

Dərd, qəm sahibi mən

Qulaq as dərdimə, maariflən

İlk qayda, ürəyi təmiz sevən biri tükənir get-gedə daxildən

Var tinlər məni qəbul etməyə, dayanım elə-belə fikirləşim

Keçəndə yandan xoşbəxtlik cütlük, insan qəfildən əsəbləşir

Vərdiş oluram

Yolunda deyil hər iş olunan

Səhər açılır, axşama kimi gəzirəm şəhərimi

Yəni, bu gedişlə dərviş oluram

Tək təkliyim məni tərk etməz

Qəlbimi yeni eşq bərkitməz

Fərq etməz daha dərdlərin heç biri

İnsan heçnəyi dərd etməz

Yaraşır nur üzünə qəmzə

Afət, yox sənə bənzər

Gülüşün edirdi sərsəm beynimi

Gəlmədən eşqimiz ərsə

Yenə əliboş mən

Mövcud həyatda xoş nə?

Tək sən deyilsən yanan

Sevdiyin olmadı xoşbəxt

Ruhuma qida kimisən

Vida etməzdən əvvəl düşün bir daha

Qaytaraq hər şeyi əvvələ

Yenə həmin küçələr, yenə sən və mən

Olsun hər günümüz təntənə

Mənasız həyatıma fəlsəfə

Çətin ki, yerini doldura bilim

Mənə səni xatırladacaq hər gələn

Bunun yoxdur mənası heç bir

Heçnə “düzələr” deməklə keçmir

Mən keçdim nələrdən, boş ver

Gedirsənsə, xoş get

Sərxoş ruhuma bədənim səddir

Sənə “sevirəm” demişəm, bu da bir qələtdir

Deyiləm Ələddin, yoxdur çıraq

Arzuların dalınca özüm qaçıram

Yaraşır nur üzünə qəmzə

Afət, yox sənə bənzər

Gülüşün edirdi sərsəm beynimi

Gəlmədən eşqimiz ərsə

Yenə əliboş mən

Mövcud həyatda xoş nə?

Tək sən deyilsən yanan

Sevdiyin olmadı xoşbəxt

Yaraşır nur üzünə qəmzə

Afət, yox sənə bənzər

Gülüşün edirdi sərsəm beynimi

Gəlmədən eşqimiz ərsə

Yenə əliboş mən

Mövcud həyatda xoş nə?

Tək sən deyilsən yanan

Sevdiyin olmadı xoşbəxt

未经允许不得转载 » 本文链接:http://www.benxiaoben.com/efcbfVVA9BQlUUAQE.html

相关推荐