Sn Olmuam歌词由Hüseynaa Hadyev演唱,出自专辑《Hüseynaa Hadyevin Mahnlar》,下面是《Sn Olmuam》完整版歌词!
Sn Olmuam歌词完整版
Sən coşqun dənizsən, yoxsa bir ada?
Sən şirin nəğməsən, yoxsa bir səda?
Odur ki, sirrlərlə dolu dünyada
Tək sənin sirrini bilən mən olmuşam
Sənin gülüşünə gülən olmuşam
Sevinən, gülən mən olmuşam
Sirrini bilən mən olmuşam
Mən olmuşam...
Sevinən, gülən mən olmuşam
Sirrini bilən mən olmuşam
Mən olmuşam...
Pəncərəm Günəşə açılır deyə
Günəş də bənzəyir nur piyaləyə
Dağda şəlaləyə, düzdə laləyə
Sənin baxışınla baxan olmuşam
Səmada Ay kimi axan olmuşam
Ay kimi axan mən olmuşam
Yoluna baxan mən olmuşam
Mən olmuşam...
Ay kimi axan mən olmuşam
Yoluna baxan mən olmuşam
Mən olmuşam...
Mən olmuşam...
Sən gedən yolların yolçusuyam mən
Sən gəzən dağların ovçusuyam mən
Sən baxan göylərin ulduzuyam mən
Sənin üçün alışan, sönən olmuşam
Mən özüm deyil, sən olmuşam
Alışan, sönən mən olmuşam
Özüm deyiləm, sən olmuşam
Sən olmuşam...
Alışan, sönən mən olmuşam
Özüm deyiləm, sən olmuşam
Sən olmuşam...
Sən olmuşam...
Sən olmuşam