zün Günahkarsan歌词由Elnur Mmmdov&Aygün Bylr演唱,出自专辑《zün Günahkarsan》,下面是《zün Günahkarsan》完整版歌词!
zün Günahkarsan歌词完整版
İllər boyu həsrətini duymaz oldum
İllər boyu kədərini bölmədim də
Çox vaxt güldün ağlayaraq için-için
Bircə sözlə göz yaşını silmədim də
Soyuqluğum buz olanda yanağında
Nəfəsimlə başqasını isitmişəm
Mənsiz tənha yaşadıqca otağında
Mən də səni bir otaqda itirmişəm
Heç bilmirdim, həsrətimlə ürəyimə
Həsrətimin əvəzinə daş asıram
Heç bilmirdim, özüm sənə yad olduqca
Səninçün də yavaş-yavaş yadlaşıram
Soyuqluğum buz olanda yanağında
Nəfəsimlə başqasını isitmişəm
Mənsiz tənha yaşadıqca otağında
Mən də səni bir otaqda itirmişəm
Ah, heç bilmirdim, unudacam bu günümü
Bir gün yenə bu ocağa dönəcəyəm
Bəs bilmirdin, dodaqlarda alışanda
Mənimçün ürəyimdə sönəcəksən?
Nə deyim, nə? Günahını qaytar mənə
Ürəyimdə yanar bir od söndürmüsən
Damla kimi yaşadıqca özgə qəlbdə
Gözlərimdən damla-damla süzülmüsən